Şrift:
Pxenyan: Son raket sınağı Quam adasına raket atışlarının “başlanğıcı”dır
31.08.2017 [09:45] - Gündəm, Hərb
Şimali Koreya lideri Kim Çen In son raket sınağının Quam adasına raket atışlarının “başlanğıcı” olduğunu bəyan edib.

Onun sözlərinə görə, rəsmi Pxenyan Amerika Birləşmiş Ştatlarının (ABŞ) bəyanatları və hərəkətlərini diqqətlə izləyəcək.

Bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi məlumat yayıb.

Xəbər verildiyi kimi, Şimali Koreya avqustun 29-da “Xvason-12” tipli ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib. Təlimlərdə KXDR lideri Kim Çen In şəxsən iştirak edib.

Qeyd edək ki, Şimali Koreyaya məxsus raket Yaponiya üzərindən uçub keçərək Sakit okeana, Hokkaydo adasından 1180 km şərqə düşüb.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed