Şrift:
Müslüm Maqomayev təqaüdünə dair ərizə qəbuluna başlanılır
31.08.2017 [09:53] - Köşə yazarları, Gənclik
Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu 2017-2018-ci tədris ilində dövlət ali musiqi məktəblərinin buraxılış kurslarının tələbələri üçün xüsusi təqaüd proqramı üzrə ərizə qəbuluna başlayıb.

AZƏRTAC fondun saytına istinadla xəbər verir ki, Müslüm Maqomayev təqaüdü üçün ərizələr sentyabrın 1-dən oktyabrın 15-dək qəbul olunacaq. İstedadlı tələbələri dəstəkləmək məqsədilə təsis olunmuş təqaüd müsabiqə əsasında təyin edilir. Təqaüdə iddialı tələbələr ixtisas fənləri üzrə yaxşı və əla göstəricilərə malik olmalıdır. Təqaüd 2017-ci il sentyabrın 1-dən 2018-ci il iyunun 30-dək olan dövrü əhatə edir. Tələbələrə sertifikatlar SSRİ Xalq Artisti, professor Tamara Sinyavskayanın ustad dərsində təqdim olunacaq.

Ərizə qəbulu barədə ətraflı məlumatı http://www.m-magomaev.ru/ru/programs/stipendiati17-18/ linkindən öyrənmək olar.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed