Şrift:
Myanmadan qaçan müsəlmanlar ölümdən qaça bilmədi - Qayıqda ölüm
31.08.2017 [11:58] - Gündəm, Hadisə
Banqladeş sahillərində Rohinca müsəlmanlarını daşıyan qayıq batıb.

Trend-in məlumatına görə, Banqladeş sahil-mühafizə xidmətinin əməkdaşları azı 20 meyiti sudan çıxarıb.

Qayıqdakıların böyük əksəriyyəti qadın və uşaqlar olub.

Rohinca müsəlmanları Myanmada davam edən münaqişə ilə əlaqədar Banqladeşə qaçmağa çalışır.


Ötən həftənin sonundan Banqladeşə 18 mindən çox Rohinca müsəlmanı keçib.
Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed