Şrift:
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
19.05.2012 [15:41] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda 2006-cı ilin 22 mayında baş vermiş iğtişaşların ildönümü ərəfəsində İran mətbuatında azərbaycanlılara qarşı aşağılayıcı yazıların sayı artıb.

Vaxtilə rəsmi “İran” qəzetinin buraxdığı səhvi bu dəfə “Etimad” qəzeti təkrarlayıb.

Davam.az xəbər verir ki, 22 may hadisələrinin ildönümü ərəfəsində İranın "Etimad" qəzeti bu ölkədə yaşayan azərbaycanlıları inəyə oxşadıb.

6 il öncə Güney Azərbaycanda baş vermiş böyük xalq etirazlarından yazan qəzet, bu hadisələrin ildönümü ərəfəsində məlum olayları ələ salmaqdan çəkinməyib. Qəzet hadisəni "Azərbaycanlıların buynuzunu qırdıq" başlıqlı yazı ilə şərh edib.
Bu xəbər oxucular tərəfindən 1106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed