Şrift:
İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ olub
01.09.2017 [09:59] - Gündəm, Hadisə
İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Pariaman şəhərindən 72 kilometr cənub-qərbdə, ocağının isə 49,5 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed