Şrift:
Rusiya, Çin, Braziliya, Hindistan və CAR birgə sammiti işinə başladı
04.09.2017 [12:25] - Gündəm, Siyasət
Çinin cənubunda yerləşən Syamen şəhərində Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ölkələrinin sammiti öz işinə başlayıb.

Çin lideri Si Tszinpin təşkilata üzv ölkə rəhbərlərini beynəlxalq konfrans mərkəzində qarşılayıb. Burada həmin ölkə başçılarının bayraqlar önündə xatirə fotosu çəkilib.

Bundan sonra sammit öz işinə başlayıb və ölkə liderləri qlobal iqtisadi problemlər, regional münaqişələrin həlli istiqamətində müzakirələrə keçiblər.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed