Şrift:
Laçının işğalı günü general Qraçovun evi yandı
19.05.2012 [16:59] - Hadisə
Rusiyanın keçmiş müdaifə nazirinin Laçın və Şuşanın ermənilər tərəfindən işğal edilməsində mühüm rolu olub

Rusiyanın keçmiş müdaifə naziri Pavel Qraçovun bağ evində yanğın olub. Naməlum səbəblərdən eks-nazirin bağ evindəki tikililər və maşın qarajı yanıb. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. 64 yaşlı Qraçovun yeni qəsəbədə olan villasındakı yanğın barədə ilk olaraq arvadı zəng vurub. Bundan sonra xilasetmə briqadası bağ evinə gəlib. Bu şəhərcik Rusiya Müdafiə Nazirliyinin tabeçiliyndədir.
Qeyd edək ki, general Pavel Qraçov Laçın və Şuşanın ermənilər tərəfindən işğal edilməsində mühüm rolu olmuş rus ordu generalıdır. Məhz onun müdaifə naziri olduğu zaman Ermənistana gizli şəklidə xeyli silah-sursat verilib.
Bu xəbər oxucular tərəfindən 1871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed