Şrift:
Qəsri-Şirin müqaviləsinin mətni Azərbaycan dilində yazılıb
05.09.2017 [11:09] - Xəbərlər, Mədəniyyət
Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında 1639-cu ildə imzalanmış Qəsri-Şirin müqaviləsinin mətni transliterasiya olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov müqaviləni XVII əsrin görkəmli dövlət xadimi, tarixçisi və şairi Məhəmməd Tahir Vəhid Qəzvininin “Abbasnamə” kitabından götürərək transliterasiya edib. Bu barədə institutdan məlumat verilib.

Alim aparılan tədqiqat nəticəsində müəyyən edib ki, uzun müddət iki dövlət arasındakı ərazi iddialarına son qoyan bu müqavilə Azərbaycan dilində yazılıb.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed