Şrift:
Güney Azərbaycanlı fəal Ruzbeh Səadəti Aclıq Aksiyasına başlayıb
19.05.2012 [18:20] - Güney Azərbaycan xəbərləri
Təbriz universitetinin öyrəncisi Ruzbeh Səadəti saxlanıldığı yerin ağır şəraiti, natəmizliyi və hüququ durumunun qeyri-müəyyənliyinə etiraz olaraq mayın 17-dən (ordibeheştin 28-dən) Aclıq Aksiyasına başlayıb.

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal 2012-ci il yanvarın 23-ü (1390-cı il bəhmənin 3-ü) Miyana şəhərində yerləşən öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və 50 gün ETTELAAT təcridxanasında saxlanıldıqdan sonra Təbriz zindanına köçürülüb.
Bu xəbər oxucular tərəfindən 1404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed