Şrift:
Artıq 400 giqabaytlıq məlumatı dırnaq ölçüsündə yaddaş karta yerləşdirmək olar
06.09.2017 [11:49] - Gündəm, Sosial
Artıq 400 giqabaytlıq məlumatı dırnaq ölçüsündə yaddaş karta yerləşdirmək olar.

“belta.by” saytı xəbər verir ki, fləş yaddaş və daşıyıcılar sahəsində öz həlləri ilə tanınan ABŞ-ın “SanDisk” şirkəti 400 giqabayt tutumunda yaddaşa malik “microSD” kart təqdim edib.

Müqayisə üçün bildirilir ki, 400 giqabayt tutumunda informasiyanı yadda saxlamaq üçün 285 min ədəd 3,5 düymlük disket lazımdır. Əgər bu disketləri bir-birinin üzərinə qoysaq, onda 10 kilometr hündürlüyündə sütun yaranar. “SanDisk” şirkəti yeni kartına 10 il müddətinədək zəmanət verir.

Məlumatların ötürülmə sürəti saniyədə 100 meqabayt təşkil edir. Dırnaq ölçüsündə kartın qiyməti 250 dollardır.
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed