Şrift:
Güney Azərbaycan forumunda sərgi masası.
20.05.2012 [14:31] - Gənclik
MDHP Gənclər Təşkilatı tərəfindən müxtəlif kitablar, dərgi və bukletlər təqdim olunmuşdur.


12-13 may 2012-ci il tarixində Ankarada “Uluslararası Güney Azərbaycan Türklərinin 1-ci Forumu” keçirilmişdir. Forumda Dünya Azərbaycanlılarını təmsil edən 50-yə yaxın təşkilatdan 300-dən çox adam iştirak etmişdir. İran adlanan dövlətin Türkiyəyə təzyiqləri, müxtəlif təxribatlara baxmayaraq forum yüksək səviyyədə keçirilmişdir. Forumda Milli Dirçəliş Hərəkatı Partiyası da rəhbərlik səviyyəsində iştirak etmiş və öz töhfələrini vermişdir. MDHP Gənclər Təşkilatının təşəbbüsü ilə partiyanın Güney Azərbaycan programını və Güney Azərbaycandakı probemləri əks etdirən xüsusi bukletlər hazırlanmış və forum iştirakçılarına paylanmışdır. MDHP-nin Quzey Azərbaycanda “Davam” qəzetinin əlavəsi kimi nəşr etdirdiyi “Təbriz” qəzeti (Güney Azərbaycan departamentinin nəşri) də forum iştirakçılarının marağına səbəb olmuşdur. Bundan başqa forumun keçirildiyi zalda sərgi masası təşkil olunmuşdur. Azərbaycanın quzeyində nəşr edilən “Parçalanmış millətin harayı”, “Bütöv Azərbaycan Eposu”, “Bir Türk milliyətçisinin Stalinlə ixtilal xatirələri”, “Seyid Cəfər Pişəvəri” və s. kitabları, “Yeni Nəfəs” və Ankarada Gənc Atsızçılar Dərnəyinin nəşr etdirdiyi “Kömən” dərgiləri, Xocavənd rayon İcra Hakimiyyətinin Qaradağlı Soyqırımı haqqında hazırladığı xüsusi filmləri forum iştirakçılarına təqdim edilmişdir.

Hüseyn Günəşli
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed