08.09.2017 [09:30] - Xəbərlər, MDH, Fərəc Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev azərbaycanlı alim Lütfi Zadənin vəfatı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Başsağlığında deyilir:
“Adı dünya elminə qızıl hərflərlə həkk olunmuş, hər bir azərbaycanlının fəxri olan Lütfi Zadənin bu dünyadan köçməsi Azərbaycan xalqı üçün olduqca böyük və ağır bir itgidir. Lütfi Zadənin vəfatı hər bir azərbaycanlı kimi bizi də dərindən sarsıtmışdır. Bu ağır itgi ilə bağlı şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından xalqımıza, o cümlədən bu böyük alimi sevən bütün insanlara və doğmalarına dərin hüzünlə başsağlığı veririk. Bütün yaradıcılığını, elmi kəşflərini, elmi ideyalarını və ictimai fəaliyyətini bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırılmasına həsr edən Lütfi Zadəyə onu tanıyan hər kəs kimi biz də Allahdan rəhmətlər diləyirik.
Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmuş Lütfi Zadə daim qəlbində böyük Azərbaycan sevgisi yaşatdığı kimi xalqı da qəlbində ona böyük bir abidə ucaltmışdır.
Ümid edirik ki, fəxri azərbaycanlı kimi Lütfi Zadənin doğulduğu Bakı şəhərində memorial abidəsi də ucaldılacaqdır.”

Bu xəbər oxucular tərəfindən 1089 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |