Şrift:
Qarabağda itkin düşənlərlə bağlı qanun hazırlanacaq
21.05.2012 [11:46] - Sosial
Azərbaycanda Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı qanun hazırlanacaq.Bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması ilə əlaqədar ilk olaraq Milli Məclisin komitələrində işçi qrupları səviyyəsində məsləhətləşmələr aparılacaq: “Hazırda proses bu mərhələdədir. Qanun layihəsinin nə zaman qəbul olunacağını deyə bilmərəm. Amma Azərbaycan parlamentinin və hökumətinin bu qanunu qəbul etmək üçün siyasi iradəsi ortadadlr”. B. Muradova deyib ki, hələlik bununla bağlı fikir mübadiləsi gedir. Qanunda təkcə itkin düşən şəxslərin axtarılması deyil, onların ailələrinin sosial müdafiəsi, psixoloji problemlərin aradan qaldırılması, identifikasiya, itkin düşən şəxslərin qohumlarının qan bankının yaradılması kimi məsələlər əksini tapacaq: “İdentifikasiya itkin düşən şəxslərin axtarılması üçün çox önəmlidir. Qan bankının yaradılması üçün isə ailələrin razılığı və prosedur qaydaları olmalıdır. Ona görə də məsləhətləşmələr aparılır. Hesab edirəm ki, bu, çox vacib bir sənəd olacaq”.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed