Şrift:
“Sepah”ın daha 3 muzdlusunun cənazələri ölkəyə gətirilib
08.09.2017 [12:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın Suriyada həlak olmuş daha 3 muzdlusunun cənazələri ölkəyə gətirilib.

Bir neçə həftə əvvəl Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdlu üzvləri (Rza Nəzəri, Həmid Babaxani və Əli Hüseyni ) bu ölkənin ayrı-ayrı bölgələrində baş verən qarşıdurmalarda müxalif qüvvələr tərəfindən öldürülüb. Onların Suriyanın konkret hansı bölgələrində həlak olduğu mediaya açıqlanmayıb. Cənazələri ölkəyə gətirilən “Sepah”çılar, sentyabrın 6-da İranın Qum şəhərində torpağa tapşırılıb.
“Sepah”ın daha 3 muzdlusunun cənazələri ölkəyə gətirilib

Qeyd edək ki, İranın molla rejimi, Bəşər Əsədə dəstək məqsədilə Suriyaya göndərdiyi qüvvələri “Zeynəb” hərəminin müdafiəçiləri adlandırır.

İran slam Respublikası Bəşər Əsəd hökumətinin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed