Şrift:
Türkiyə prezidenti Qazaxıstana səfərə gəlib
09.09.2017 [09:08] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, prezidentin təyyarəsi Astanada yerli vaxtla saat 17:00-da eniş edib.

Məlumata əsasən, Türkiyə prezidentini Qazaxıstanın investisiya və inkişaf üzrə naziri Jenis Kasımbek, Astana Şəhərinin akiminin birinci müavini Sergey Xoroşun, Türkiyənin Astanadakı səfiri Nevzat Uyanık, Türkiyənin İƏT-də daimi nümayəndəsi Salih Şən və səfirliyin əməkdaşları qarşılayıblar.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed