Şrift:
Rəsmi Bakı İranı antiazərbaycan təbliğatı aparmaqda günahlandırır
21.05.2012 [13:05] - Xəbərlər, Siyasət
Son zamanlar "Eurovision" mahnı müsabiqəsinin fonunda Azərbaycana qarşı aparılan təbliğatın əsas və ən kəskin mərkəzi İrandır. Bunu bazar ertəsi "Eurovision 2012"-yə həsr olunmuş mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Həsənov deyib ki, İran başlanğıcdan Bakının cəlbedici şəhərə çevrilməsini, xarici turistlərin gəlməsini, burada sərbəst fəaliyyət göstərməsini ciddi şəkildə qısqanclıqla qarşılayır.
"Fakt odur ki, olmayan şeylər - qeylərin paradının keçirilməsi, İslamın təqib edilməsi, Azərbaycanın İslam yolundan çəkilməsi kimi uydurmalarla antiazərbaycan təbliğatı gedir. Bununla bağlı biz Azərbaycan hakimiyyətini dəfələrlə xəbərdar etmişik, İrana bu məsələlərlə bağlı səfərlər edilib. Biz görüşlər keçirəndə demişik ki, siz bizim dünyəvi quruluşumuza müdaxilə etməyin, biz sizin dini quruluşunuza müdaxilə etməyək. Azərbaycan xalqı İslam ənələrini, əqidəsini davam etdirir, biz dini anlamda İslamın əsaslarına söykənirik, İslamın Azərbaycan modeli var", - PA rəsmisi əlavə edib.
O təəssüflə bildirib ki, aksiyalar davam edir.
"Biz məgər Azərbaycanda geylərin paradını keçiririk. Bilmirəm bu gey-parad bunların beyninə hardan düşüb? Azərbaycanda heç gey-paradın ifadəsi də yoxdur, amma onlarda var - "ibnə". Bilmirəm bu "ibnə" onların beyninə hardan düşüb və təzələnib", - Həsənov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed