Şrift:
Tolerantlıq xalqımızın tarixən formalaşan milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindəndir
09.09.2017 [12:38] - Gündəm, İslam dini
Ağsuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Şamaxı Regional şöbəsinin və Ağsu şəhər “Nuran Xatun” məscidinin birgə təşkilatçılığı ilə “İslamda tolerantlıq və vəhdət” adlı maarifləndirici tədbir keçirilib.

Mərkəzi kitabxanada keçirilən tədbirdə rayon ziyalıları, gənclər, din xadimləri iştirak ediblər.

Tədbirdə DQİDK-nın Şamaxı Regional şöbəsinin Ağsu rayonu üzrə məsləhətçisi Seyidkamil Mirhəsənli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov çıxış ediblər.

Çıxışlarda tolerantlığın xalqımızın tarixən formalaşan milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Qeyd olunub ki, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması məhz ölkəmizin İslam dünyasındakı nüfuzundan qaynaqlanır.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed