Şrift:
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçiriləcək
17.10.2011 [11:24] - Hərb
Oktyabrın sonlarında Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir oktyabrın 25-də başlayacaq və 28-dək davam edəcək.

APA-nın əldə etdiyi məlumata görə, bu çərçivədə tədbirlər əsasən Müdafiə Nazirliyinin təlim və tədris mərkəzlərini, təhsil müəssisələrini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” hər il oktyabr ayının sonlarında keçirilir.
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed