Şrift:
Əfqanıstanda 33 mülki şəxs qaçırılıb
11.09.2017 [09:13] - Gündəm, Hadisə
Əfqanıstanın Cauzcan əyalətində "Taliban" və İŞİD terrror qruplaşmasının üzvləri 33 mülki şəxsi qaçırıblar.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, İŞİD terrorçuları Çakma Çukur yaşayış sahəsində 13 nəfəri taliblərlə əlaqələrdə ittiham edərək qaçırıblar.

Eyni zamanda, "Taliban" üzvləri Qardan yaşayış sahəsində 20 nəfəri İŞİD ilə əlaqələrdə ittiham edərək qaçırıblar.

Qaçırılan insanların yerləri barədə məlumat hələlik yoxdur.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed