Şrift:
İranın Əbu-Dabi və Şarcadakı məktəbləri qapadılıb
11.09.2017 [09:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Şarca əmirliklərindəki məktəbləri qapadılıb.

Bunu İranın təlim-tərbiyyə nazirinin xarici ölkələrdə fəaliyyət göstərən İran məkətəbləri və beynəlxalq əlaqələr üzrə müavini Əli Hüseyni sentyabrın 10-da jurnalistlərə açıqlamasında bəyan edib.

İranın Əbu-Dabi və Şarcadakı məktəblərinin möhürlənməsini təsdiqləyən Əli Hüseyni, bunu İranla Bİrləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin soyuması ilə əlaqələndirsə də, İran məktəblərinin fəaliyyətinə xitam verilməsi, onlarda aparılan bir sıra qanunsuz tikinti işləri və həmin məktəblərin Birləşmiş Ərəb Əmirliklərində dini ekstremizmi təbliğ etməsi və digər qanunsuz fəaliyyəti ilə əlaqələndirilir. Bildirilir ki, həmin məktəblərdə 1500 iranlı və əfqanıstanlı şagird təhsil alırmış.

Əbu-Dabi və Şarca rəsmiləri məsələ ilə bağlı hər hansı bir rəsmi bəyanat səsləndirməyib.
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed