Şrift:
Azərbaycan hakimi Avropa Liqasının oyununa təyinat alıb
12.09.2017 [09:24] - Gündəm, İdman
Azərbaycan hakimi UEFA Avropa Liqasının oyununa təyinat alıb.

UEFA Avropa Liqasının "I" qrupunda sentyabrın 14-də D.Afonso Henrikes stadionunda keçiriləcək “Vitoriya” (Portuqaliya) – “Salzburq” (Avstriya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed