Şrift:
Bəhreyn hökuməti bəyanat yayaraq İranın bu ölkənin və bölgənin digər ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib
22.05.2012 [09:58] - Güney Azərbaycan xəbərləri
Mayın 21-də Bəhreyn hökuməti bəyanat yayaraq İranın bu ölkənin və bölgənin digər ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib.
Bəyanatda deyilir ki, İran öz qonşularının daxili işlərinə müdaxiləsini dayandırmalıdır: “Bəhreyn hökuməti və xalqı İranın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin daxili işlərinə həyasızcasına müdaxiləsini rədd edir, pisləyir. İranın yaxşı qonşuluq münasibətlərinə xələl gətirən bu hərəkətləri həm də beynəlxalq qanunlara zidd olduğundan qəbuledilməzdir”.

Mayın 14-də İran parlamentində çıxış edən deputat Hüseynəli Şəhriyari deyib: “1961-ci ilə qədər Bəhreyn İranın 14-cü əyaləti sayılırdı. Lakin şahın (Məhəmmədrza Pəhləvi) xəyanəti, parlamentin isə qəbul etdiyi iyrənc qərar nəticəsində bu əyalət müstəqil oldu. Əgər Bəhreyndən söhbət gedirsə, bu ölkə Səudiyyə Ərəbistanına yox, İrana verilməlidir”.

Mayın 17-də Bəhreynin xarici işlər naziri Şeyx Xalid al Xəlifə jurnalistlərə açıqlamasında İranın bu ölkənin daxili işlərinə qarışmasını pisləyib: “Biz İranın Bəhreynin daxili işlərinə qarışmasını pisləyir, bu müdaxilənin dayandırılmasını istəyirik. İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin də Bəhreyndə gözü var idi. Lakin sonralar ağıllı bir mövqe tutaraq Bəhreyn xalqının istəyinə və beynəlxalq ictimaiyyətin rəyinə boyun əydi”.
Bu xəbər oxucular tərəfindən 950 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed