Şrift:
"Qarabağ" Londondan əliboş qayıdır
13.09.2017 [09:20] - Gündəm, İdman
Bu gün Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında debüt edib.

Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində ilk oyununu Londonda “Çelsi” komandasına qarşı keçirib.

Oyun 6:0 hesabı ilə London təmsilçisinin xeyrinə bitib.

Qolları ev sahiblərində 5-ci dəqiqədə Pedro, 30-cu dəqiqədə Zappakosta, 55-ci dəqiqədə Azpilikueta, 71-ci dəqiqədə Bakayoko, 76-cı dəqiqədə Batşuayi vurub. 82-ci dəqiqədə Maksim Medvedev avtoqola imza atıb.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed