Şrift:
Yüzlərlə azərbaycanlı fəal son günlərdəki təxribatçılara qarşı uyarı Bildiriş yayıblar
13.09.2017 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Milli Hərəkatının yüzlərlə fəalı son günlərdəki təxribatçılar və hərəkata sızmış olan şəxslərlə bağlı xəbərdarlıq Bildirişi yayıblar.

Bildiriş “Son günlərdəki nüfuzi və təxtibatçılara qarşı, uyarı bəyaniyyəsi” başlığı ilə yayılıb.

“Güney Azərbaycanda Məşrutə, habelə 21 Azər Hərəkatı (Milli Hökumət) dönəmi kimi müxtəlif mərhələlərdən keçərək dövrümüzə doğru irəlləyən Milli Hərəkat, vaxtaşırı bir çox uğurlar əldə edib. Lakin fars şovinizmi hərəkatı durdurmaq və ya istiqamətini dəyişdirmək məqsədi ilə qarşısında müxtəlif planlar və gizli ssenarilər düzənləyib, onu sistematik repressiyalara məruz qoyub. Fars şovinizmi bununla sözügedən müqəddəs hərəkatı, habelə millətin azadlığa doğru gedən yolunu bağlamağa çalışıb.

Zorakılıq, təzyiq və repressiyalardan nəticə ala bilməyən qara qüvvələr başqa yollara, o cümlədən hərəkatı radikallaşdırmağa əl atıblar. Lakin milli fəalların ayıq-sayıqlığı nəticəsində öz məqsədlərinə çata bilməyən şovinistlər, bu dəfə hərəkata qarşı daha fərqli planları işə salıblar.

Bu planlardan biri, olduqca əhəmiyyətli olan virtual aləmdən istifadə etməkdir. Fars şovinizmi real həyatda milli fəalları müxtəlif təzyiqlərə məruz qoyduğu kimi, onlara virtual aləmdə, xüsusi ilə də son aylarda Teleqram sosial şəbəkəsi vasitəsi ilə təzyiq göstərməkdədir. Məqsəd, milli fəalları təcrid etmək, onları real mübarizə meydanı və əhali ilə görüş nöqtəsindən uzaqlaşdırıb, onlara yeni məhdudiyyətlər yaratmaqdır.

Fars şovinizmi və onların arxasında olanlar İranda virtual aləmi ciddi nəzarətdə saxladığına görə, bu dəyərli vasitə bəzən Milli Hərəkata qarşı ziyanlı bir vasitəyə çevrilir. Həmin vasitə ilə mənfi rollarına görə hərəkatdan təcrid olunan bəzi məlum şəxslər bu gün göbələk kimi bir daha meydana çıxıb, virtual aləmdə yuva salaraq tam sədaqətlə Milli Hərəkata qoşulmuş gəncləri fars şovinizminin istədiyi istiqamətə yönəltmək istəyirlər.

Bəziləri sözdə milli fəal adı ilə virtual aləmdə milli mənafe və fəalları deyil, öz şəxsi və qrup mənafeyi və ya hansısa digər səbəblərə görə birlik yaradaraq qrup şəklində ortalığa çıxıblar. Bu birlik bütün milli, insani və əxlaqı dəyərləri ayaqlar altına ataraq var gücləri ilə milli dəyərləri, o cümlədən Milli Hərəkatın bu günədək əldə etdiyi nəzəri və əməli qazanclarına hücum edir, mübarizə ruhuna alternativ kimi, yeni nəsilə ümidsizlik və təslimçilik ruhu aşılayır. Milli Hərəkatın əldə etdiklərini görməzdən gələnlər Hərəkat uğrunda canfəşanlıq etməyi dəyərsiz bir əməl kimi qələmə verirlər. Əslində Təxribat, təhqir və təhrif məqsədi ilə yaradılan birlik bir çox dəyərlərimizi hədəfə almaqdadır”- deyə Bildirişin bir hissəsində qeyd olunub.

Azərbaycan Milli Hərəkat fəalları bəyanatın sonunda vurğulayıblar ki, “bir çox təzyiq, təhdid və sıxıntılara rəğmən, etdikləri fəaliyyət və məruz qaldıqları çətinliklər nəticəsində əhali arasında legitimlik qazanan və böyük nüfuza malik olan fəallar, bu qrupun amansız hücumuna məruz qalır. Əslində onların bu əməli milli fəallara qarşı deyil, Milli Hərəkata qarşı yönəlib.
Biz bu vasitə ilə təxribatla məşğul olan şəxslər və onları yönəldənləri qınayır, bu anti-milli birlikdən tezliklə ayrılaraq Azərbaycan millətinin əfvinə sığınmalarını istəyirik. Ümid edirik ki, bu Bildirişdən sonra sözügedən fitnənin kökü qazılacaq və daha bir yazı və ya digər əmələ ehtiyac qalmayacaq.”

Bildiriş aşağıdakı Milli Hərəkat fəalları tərəfindən imzalanıb:
1- Həsən Dəmirçi
2- Əkbər Azad
3- Hüseyn Məhəmmədxani Güneyli
4- Davud İntisar
5- Abbas Lisani
6- Ərsalan Mərdani
7- Rəsul Rəzəvi
8- Abbas Nikrəvan
9- Vədud Əsədi
10- Cavad Rəncbər
11- Mustafa Əvəzpur
12- Murtaza Əvəzpur
13- Davud Şiri
14- Babək Hüseyni
15- Höccət Muxtarzadə
16- Murtaza Heydəri
17- Murtaza Nurməhəmmədi
18- Hüseyn Əmani
19- Səid Qulipur
20- Səccad Budaqi
21- Məhəmmədtağı Vəliməhəmmədi
22- Vəhid Seddiqi
23- Behnam Nurməhəmmədi
24- Hadi Əqdəsi
25- Siyamək İrani
26- Məhəmmədrza Xacei
27- Məhəmməd Nəzəri
28- İbrahim Fərəczadə
29- Abdulla Səduqi
30- Allahverdi Xəlili
31- Cəbrəil Xəlili
32- Kərim Xəlili
33- Mehdi Cavadpur
34- Fatimə Şakiri
35- Elman Xezri
36- Fərhad Mərzban
37- Qulam Behpayi
38- Məhəmməd Bəndəxoda
39- Puran Salehi
40- İsmayıl Həsənzadə
41- Şərif Sədri
42- Məcid Cəlili
43- Əkbər Hicazi
44- Məryəm Əlinejad
45- Əkbər Azadməneş
46- Səfiyyə Zəbihi
47- Fatimə Cəmili
48- Yusif Naqeli
49- Ümid Cəlali
50- Əhəd Kərimi
51- Əhməd Hüseyni
52- Mahmud Musanəjad
53- Solmaz Səyyadi
54- Əli Ağazadə
55- Hüseyn Mehrbani
56- Cavid Ağazadə
57- Tohid Ağazadə
58- Sima Nəsiri
59- Qadir Kargər
60- Lətif Reyhani
61- Hüseyn Məlayi
62- Yədulla Azadi
63- Rəsul Vəlizadə
64- Cavad Zəmzəm
65- Fatimə Cabbari
66- Hidayət Mirzalu
67- Məhəmməd Huşdar
68- Möhsün Kuşayi
69- İsmayıl Sandıqçı
70- Səhənd Əmirxani
71- Məhərrəm Vəlipur
72- Əli Qiyaszadə
73- Baqir Qiyaszadə
74- Nəsrulla Xeyri
75- Pərviz Xəyyati
76- Həsən Xeyri
77- Lətifə Simsari
78- Elnaz Sefidgəran
79- Mustafa Cəmhəri
80- Pərinaz Məlikpur
81- Cavad Qohəriyan
82- Əli Yusifi
83- Nərgiz Rustapur
84- Səid Əsədpur
85- Əmir Abbas Abbaszadə
86- Əli Şucazadə
87- Qasim Şucazadə
88- Həsən Mirzaməhəmmədi
89- Məhəmməd Məhəmmədpur
90- Həsən Baqirpur
91- Sevil Əkbəri
92- Aynaz Hüseynnəjad
93- Dəniz Alinəsəb
94- Atifə Cabbarzadə
95- Ərdəşir Nəsiri
96- Nahid Mehrnuş
97- Əli Əşxasi
98- Abbas Səmədzadə
99- Sara Əhmədi
100- Həsən Nağıpur
101- Elay İnanlu
102- İsmət Muxtari
103- Əli Sadədel
104- Kamal Karvançı
105- Nigar Şirindil
106- Fatimə Zeynalzadə
107- Monirə Fatemi
108- Fatimə Məşhədi
109- Sara Azərdoxt
110- Hüseyn Tənhayi
111- Cəlil Culfayi
112- Nasir Babayi
113- Məryəm Məhəmmədzadəqan
114- Fərid Səmədi
115- Heydər Sadati
116- Vəli Nəcəfi
117- İlahə Siyavuşi
118- Fərhud Rəncbər
119- Əli Abbasiyan
120- Yusif Xefti
121- Əmir Əli Əlizadə
122- Mehdi Mənzər Azəri
123- Əkbər Tahiri
124- Abbas Səaliki
125- Səkinə Topçuzadəqan
126- Lalə İbrahimzadə
127- Hüseyn Şakiran
128- Zeynəb Musəviyan
129- Sadiq Sahibpur
130- Əli Mahmudiyan
131- Atilla Sadiqlu
132- Oxtay Sadiqlu
133- Həmid Xudapənah
134- Həmid Xəlilzadə
135- Heydər Pakzad
136- Əli Dilməqanizadə
137- Həsən Dadxah
138- Əmir Əli Abdullazadə
139- İlahə Rəzmcu
140- Ziba Pilevər
141- Pərviz Siyabi Qorcani
142- Rəhim Qulami
143- Əsgər Əkbərzadə
144- Aydın Zakiri
145- Əli Xeyrcu
146- Əli Vasiqi
147- Əlirza Ləşgəri
148- Murtaza Pərvin
149- Mustafa Pərvin
150- Səid Sadiqifər
151- Rəhim Noruzi
152- Meysəm Colani
153- Səccad Colani
154- Məhəməd Colani
155- Səid Hüseyni
156- Hamid Rəvaci
157- Mehdi Yurtçulu
158- Rəhim Xudadadi
159- Şapur Nüsrətpur
160- Hüseyn Balaxani
161- Əhməd Məhəmmədpur
162- Yusif Kari
163- Fərşid Piçqanlu
164- Vəhid Bəndə Əmir
165- Vəhid Sadiqifər
166- Həbib Nigəhban
167- Mehdi Huşmənd
168- Məhəmməd Azadi
169- Rza Vaseqi
170- İbadət Şəfii
171- Haşim Ədib
172- Həmid Ədib
173- Möhsün Möhsünzadə
174- Cəfər Rüstəmirad
175- Vəhid Sadiqifər
176- Əfşar Mohebb
177- Əziz Fərzullahi
178- Mehdi Nobəxt
179- Doktor İxtiyarbəxşi
180- Məhəmməd İsmaili
181- Firuz Moini
182- İbrahim Təhmasib
183- Abdulla İsmaili
184- Möhsün İsməili Əqdəm
185- Aydın İsməili Əqdəm
186- Əli İsməili Əqdəm
187- Rza İbrahimi
188- Firuz Moini
189- İbrahim Təhmasibnəjad
190- Vəhid Bəndə Əmir
191- Mehdi Mühafiz
192- Əfşin Qasimi
193- Həsən Qasimi
194- Səccad Qasimi
195- Məhəmməd Əjdəri
196- Məhəmməd Xakpur
197- Nəsrulla Vəlizadə
198- Həsən Colani
199- Tohid Mühafiz
200- Aslan Dərgahi
201- Səid Şükri
202- Mehdi Əbdi
203- Seyid Fatimə Həzrəti
204- Behnam Ruhi
205- Fərhad Ciddi
206- Səid Şükri
207- Şəhriyar Şamlı
208- Əsəd Dərgahi
209- Tohid Əmir Əmini
210- Hüseyn Şirəfkən
211- Pərviz Borhanifər
212- Mehrdad Cavadi
213- Adil Ruhbəxş
214- Əli Ruhbəxş
215- Əli Qənizadə
216- Əli Əzizi (Ərdəbil)
217- Seyid Murtaza Hüseyni
218- Kiyanuş Aslani
219- Əmir Məhəmməd Calal
220- Vəhid Səbəbi
221- Armin Neməti
222- İsmayıl Qəffari
223- Siyamək Qulami
224- Həsən Şirəfkən
225- Vəhid Bayrami
226- Murtaza Qüdrəti Nəyari
227- Adil Dəlir
228- Adil Soqi
229- Mehdi Dustdar
230- Məhdiyyə Dustdar
231- İsmayıl Qəffari
232- İbrahim Qəffari
233- Məhəmməd Purrənci
234- Fərdin Ədhəmi
235- Yusif Məali
236- Həsən Cavadi
237- İsmayıl Bəhməni
238- İlqar Muradi
239- Hamid Cahani
240- Daryuş Mohebbi
241- İsmayıl Oci
242- Şəhram Muradiyan
243- Əli Məhəmmədi
244- Hüseyn Dustdar
245- Musa Kənani
246- Behzad Əlizadə
247- Səid Məhbubi
248- Rza İbrahimi
249- Məhəmməd Azadi
250- Əziz Fərzullahi
251- Mehdi Nobəxt
252- Müctəba Yusifzadə
253- Möhsün Hobbi
254- Səid Əsğəri
255- Rza Kərimi
256- Nəvid Kərimi
257- Səhənd Teymuri
258- Mehdi Qulabi
259- Rəhim Qulabi
260- Rəhman Məhərrəmi
261- Həmid Qüvvəti
262- Məzahir Məali
263- Vədud Ənsari
264- Hamid Heydəri
265- Kyumərs İslami
266- Bəhmən Ağayi
267- Meysəm Babayi
268- Həsən Qənbəri
269- Sina İrşadi
270- Səid Sinedar
280- Şahin İsməili
281- Ağagul Qayibi
282- Səccad Rzayi
283- Ramin Tosifi
284- Tohid Səfəri
285-Siyamək Tosifi
286- Vəhid İmanzadə
287- Qasim Süleymanzadə
288- Səccad Süleymanzadə
289- Şəhriyar Həbibi
290- Yasir Həbibi
291- Vəhid Bədəxşan
292- Abbas Pənahi
293- Ramin Pənahi
294- Rza Hacızadə
295- Həsən Nuri Azər
296- Əli Bayramzadə
297- Nadir Xankişizadə
298- Seyfi Nəsrullahi
299- Haşim Pənahi
300- Məhəməd Peydayi
301- Məhəmməd Aslani
302- Vəhid Şeyxbəyli
303- Əli Təhəmtən
304- Əyyub Şiri
305- Əli Müqəddəm
306- İbrahim Yusifi
307- Cavad Fəthi
308- Davud Məhəmmədi
309- Məhəmməd Mahmudi
310- Rəsul Sələhşur
311- Yusif Sələhşur
312- Nəsrulla Bəyləri
313- Nəsim Sadiqi
314- Əta Kərimi
315- Səid Mahmudi
316- Hamid Seyfi
317- Əmir İbrahimlu
318- Milad Muxtari
319- Süheyl Dəiri
320- Əli Cavidan
321- Ulduz Qasimi
322- İlahə Qasimi
323- Sümeyra Babayi
324- Fatimə Səttari
325- Səidə Əsədpur
326- Əşkan Səadət Mehr
327- Əli Əzizi
328- Əmin Rüstəmzadə
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed