Şrift:
Myanmada etnik təmizləmə aparılır - BMT
13.09.2017 [09:52] - Xəbərlər, Siyasət
Myanmada rohinca müsəlmanlarına qarşı zorakılıq etnik təmizləmə hesab oluna bilər.

Virtualaz.org məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə komissarı Zeid Raad əl-Hüseyn Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında deyib.

O bildirib ki, Myanmada hökumət insan haqları üzrə müşahidəçiləri ölkəyə daxil buraxmadığına görə hadisələr barədə müfəssəl məlumat almaq mümkün deyil. Lakin vəziyyət barədə əldə edilmiş bütün məlumatlar baş verənlərin əsl etnik təmizləmənin nümunəsi olduğunu göstərir: “Vəziyyət sanki etnik təmizləmələr haqqında dərslikdəki təsvirlərdən götürülüb”.

Z.R.əl-Hüseyn ölkə rəhbərliyini rohincalara qarşı “sərt hərbi əməliyyatları” dayandırmağa, güc tətbiqinə görə cavabdehliyi öz üzərinə götürməyə və diskriminasiyaya son qoymağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed