Şrift:
Norveç seçkilərində mühafizəkar liberalların tarixi zəfəri
13.09.2017 [09:54] - Gündəm, Sosial
Norveçdə keçirilən ümumi seçkilər gözlənildiyi kimi Baş nazir Erna Solbergin liderliyindəki koalisiya hökuməti qazandı.

Mərkəz-sağ partiyaların da kənardan dəstək verdiyi mühafizəkar liberallar parlamentdəki 169 kürsüdən 89-nu qazanaraq Məclisdə əksəriyyəti əldə etməyi bacarıb.

Seçicilərinin Almaniya Baş naziri Angela Merkelə bənzətdiyi Erna Solberg, tarixi bir müvəffəqiyyət əldə edib. Belə ki, 1985-ci ildən bu yana Norveçdə ilk dəfə mühafizəkar liberallar ard-arda seçki qazanmağı bacarıb. Solberg, immiqrantlar və neft qiymətlərinin düşməsi səbəbiylə yaşanan iki böyük böhranı sovuşdurmağı bacardıqlarını izah edərək seçicilərdən səs istəmişdi və qazandı.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed