Şrift:
“Neft Daşları”nda estakada əsaslı təmir edilib
13.09.2017 [15:04] - Xəbərlər, İqtisadiyyat
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, 1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulub, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılıb. Obyektdə 1200 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib, 4020 kvadratmetr sahəyə asfalt örtüyü döşənib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed