Şrift:
Azərbaycan paytaxtında “VAZ-2107” sərnişin avtobusu ilə toqquşub, dörd nəfər ölüb
17.10.2011 [11:29] - Hadisə
Azərbaycan paytaxtında dəhşətli yol qəzası baş verib. Bu barədə Nəsimi rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında Milli Bankın yaxınlığında qeydə alınıb. “VAZ-2107” markalı minik maşını 202 saylı marşrut avtobusu ilə toqquşub. Nəticədə “VAZ-2107”-də olan 4 nəfər dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
Bu xəbər oxucular tərəfindən 2443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed