Şrift:
Rusiyada Azərbaycan bayrağı qadırıldı və himni oxundu
22.05.2012 [11:35] - Diaspor
Moskvanın Lujniki stadionun kiçik arenasında Moskva iali məktəblərinin azərbaycanlı tələbələri arasında mini-futbol yarışı keçirilib.

Bu barədə Moskvada yaşayan Afaq Şıxlı bildirib: “Yarışda Lomonosov adına MDU-nin, Moris Torez adına MDDU-nun, MDHEİ, Xalqlar Dostluğu insitutunun və s. ali təhsil ocaqlarının tələbələri folufinal və final oyunlarında iştirak edirdilər. Finalda Moskva Dövlət Humanitar və Ekonomik institutunun tələbələri qalib gəlmişlər. Qeyd edək ki, bu institutun rektoru həmyerlimiz Vaqif Deyruş oğlu Bayramovdur.
Dostlarını dəstəkləmək üçün gələn azərbaycanlı və digər millətdən olan müsəlman gənclər Azərbaycan bayrağı dalğalandırmış, üçrəngli bayrağımızın rəsmini əllərinə çəkmiş və Azərbycan himnini oxumuşlar”-deyə, Afaq Şıxlı qeyd edib.//Vətəninfo//
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed