Şrift:
Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dollara çatır
14.09.2017 [09:35] - Xəbərlər, İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 56,9 dollar/barel təşkil edib ki, bu da ötən bazar ertəsinə olan göstəricidən 1,04 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 56,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın12-də 52,1 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 12-də 55,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,06 dollar/barel çoxdur.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed