Şrift:
Netanyahu: “İranla imzalanan nüvə sazişi ya ləğv edilməli, ya da ona düzəlişlər edilməlidir”
14.09.2017 [12:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 12-də Buenos-Ayresə səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Argentina prezidenti Maurisio Makri ilə görüşdən sonra jurnalistlərə açıqlama verərək ölkəsinin 5+1 qrupunun İranla bağladığı nüvə sazişindən və ölkəsinin bu barədəki mövqeyindən danışıb.

BMT Baş Assambleyasının növbəti toplantısına qatılmaq üçün Nyu-Yorka səfəri və ABŞ prezidenti Donald Trampla görüşü ərəfəsində jurnalistlərə danışan Netanyahu bildirib ki, İsrailin nüvə sazişi ilə bağlı əvvəlki mövqeyində hər hansı bir dəyişiklik edilməyib: “Qoyun bu fürsətdən istifadə edərək bu haqda öz mövqeyimizi açıq və şəffaf şəkildə bəyan edim. Qərbin İranla imzaladığı bu razılaşma, pis bir sazişdir. Hesab edirik ki, bu saziş ya tamamilə ləğv edilməli, ya da ona düzəlişlər edilməlidir”.

Netanyahu, Tel-Əvivin nüvə sazişində konkret hansı düzəlişlərin edilməsini istədiyini açıqlamasa da, adının çəkilməsini istəməyən bir İsrail rəsmisi jurnalistlərə bildirib ki, rəsmi Tel-Əviv, sözü gedən sazişdə İranın nüvə proqramına qoyulan məhdudiyyətlərin müəyyən bir vaxtdan sonra aradan qaldırıla biləcəyindən narahatdır və buna görə nigaranlıq hissi keçirir.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed