Şrift:
Hollandiya televiziyasında Azərbaycan haqqında veriliş yayımlanıb
22.05.2012 [12:49] - Diaspor
“Mayın 20-də Niderlandın “Niderland 2” televiziya kanalında Azərbaycanla bağlı “Azərbaycandan salamlar” (“Groeten uit Azerbeidzjan”) adlı veriliş yayımlanıb.

Bu barədə “Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, politoloq Vüqar Abbasov bildirib: “Veriliş boyu Azərbaycanın siyasətindən daha çox, mədəniyyət və tarixindən söhbət açılıb. Eləcə də Quba məzarlığı nümayiş olunub və oradakı insan sümüklərinin yerli əhaliyə (milliyyətcə azərbaycanlı, rus, yəhudi) aid olduğu və bu qətliamı ermənilərin törətdiyi vurğulanıb.
Bundan əlavə, Atəşgah məqbərəsindən, Şirvanşahlar, Şəki Xan Sarayından, Qəbələdən maraqlı məlumatlar verilib. Ümumiyyətlə, veriliş Azərbaycanın təbliği baxımından çox gözəl hazırlanmışdı” - deyə, Vüqar Abbasov qeyd edib.//vətəninfo//
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed