Şrift:
Berlində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının və Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümləri qeyd olunub
17.10.2011 [11:32] - Diaspor
Berlində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və Türkiyə Cümhuriyyətinin yaranmasının 88-ci ildönümü, eyni zamanda, Türk-Azərbaycan Birliyinin (TAB) tanıdılması münasibətilə bayram ziyafəti keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bayram tədbirindən öncə TAB-nin İdarə Heyəti üzvləri Almaniyanın mətbuat nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirərək, cəmiyyətin yaranması tarixi və məqsədləri haqqında məlumat veriblər.

Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, TAB-ın təşkilatçılığı ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) ilə birgə keçirilən tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Türkiyənin Berlindəki Baş Konsulu Mustafa Polat iştirak edib.

Türk-Azərbaycan Birliyinin sədri, alman Bundestaqının keçmiş üzvü Hakkı Keskin TAB-ın yaradılmasının tarixi, zərurəti və məqsədləri haqqında qonaqlara məlumat verib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Türkiyə Cümhuriyyətinin 88-ci və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümlərinin birlikdə qeyd edilməsinin mühüm bir hadisə olduğunu qeyd edib.

Türkiyə Cümhuriyyətinin Berlindəki baş konsulu Mustafa Polat müsəlman ölkələri arasında ilk dəfə olaraq Azərbaycanın hələ 1918-ci ildə ilk demokratik respublika yaratdığını bildirib, Türkiyənin hər zaman hər iki xalqın dostluq və birliyinin möhkəmləndirilməsi yolunda Azərbaycanı dəstəklədiyini deyib.

Ziyafətdə Türkiyə və Azərbaycanın iş adamları, Azərbaycan diasporunun və cəmiyyətlərinin üzvləri, türk icmasının Berlin və müxtəlif şəhərlərdən olan nümayəndələri də iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed