Şrift:
Kursantlar hərbi and içiblər
15.09.2017 [16:03] - Köşə yazarları, Sosial, Gənclik
Sentyabrın 15-də Mərkəzi Hərbi Klinik Hospitalda Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinin V kurs kursantlarının andiçmə mərasimi keçirilib.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov andiçmə mərasimini açıq elan edib. İlk öncə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni oxunduqdan sonra hərbi and təntənəli şəkildə kursantlar tərəfindən səsləndirilib.

Kursant və onların valideynlərini təbrik edən Ç.Əlləzov kursantlara üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmələrini arzu edib.

Digər çıxış edənlər kursantları hərbi and münasibətilə təbrik edib, onlara bu şərəfli və çətin peşədə uğurlar arzulayıblar.

Valideynlər övladlarına yaratdıqları şəraitə görə rəhbərliyə və kursantlara təlim və tədrisdə əməyi keçən zabitlərə təşəkkürünü bildiriblər. Bu şərəfli vəzifəni layiqincə yerinə yetirməyə tövsiyə edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda Ç.Əlləzov valideynlərlə söhbət edib, onlara övladlarına dövlət tərəfindən yaradılan şəraitdən danışıb.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed