Şrift:
Azərbaycan neftinin SON QİYMƏTİ - 58 dolları da keçdi
16.09.2017 [09:48] - Gündəm, İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 58,55 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,92 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 57,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 14-də 53,68 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,91 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 14-də 56,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,88 dollar/barel çoxdur.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed