Şrift:
Öldürülüb yol qırağına atılan şəxsin meyitinin üzərindən avtomobillər keçib
17.10.2011 [11:34] - Hadisə
Quba rayonunda qətl hadisəsi törədilib. APA-nın şimal bürosunun məlumatına görə, rayonun İsnovqışlaq kənd sakini, 1971-ci il təvəllüdlü Nemətov Eynulla Saleh oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqla qətlə yetirilib. Daha sonra onun meyiti Bakı-Quba yolunun kənarına atılıb. Hadisə gecə saatlarında baş verdiyindən magistral yolda hərəkət edən bir neçə avtomobil E. Nemətovun cəsədinin üzərindən keçib. Hazırda Quba rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed