Şrift:
Axund Cənnəti: “Amerika Kürdistanı İraqdan ayırmaqla bölgədə yeni bir İsrail yaratmaq niyyətindədir”
19.09.2017 [13:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Üləma Məclisinin 91 yaşlı rəhbəri axund Əhməd Cənnəti sentyabrın 18-də qurumun iclasında çıxış edərək İraq Kürdistanı muxtariyyətinin yaxın günlərdə keçirmək istədiyi müstəqillik referendumundan danışıb.

Axund Cənnəti bildirib ki, Amerikanın bölgədə ikinci İsrail dövlətini yaratmaq cəhdi nəticə verməyəcək: “Amerika, İaqı parçalayıb Kürdistanı bu ölkədən ayırmaqla bölgədə yeni bir İsrail dövləti yaratmaq istəyir. Biz isə ayıq olmalı, onun bununla bağlı öz niyyətini gerçəkləşdirməsinə imkan verməməliyik. Əlbəttə ki, amerikalıların bu cəhdi nəticə verməyəcək və hesab edirəm ki, biz İraq Kürdistanının əhalisinə dəstək verməliyik.

İraqın parçalanması və Kürdistanın bu ölkədən ayrılması Amerika, Səudiyyə Ərəbistanı və İsrailin istəyidir. Onlar bölgə əhalisi arasında nifaq və ayrılıq salmaqla müsəlmanları zəiflətməyə çalışırlar. Buna isə yol vermək olmaz. Ümid edirəm ki, başında ağlı olanlar, Amerika, Səudiyyə Ərəbistanı və İsrailin bu cəhdi qarşısında dayanacaq, onların öz istəklərinə nail olmasına imkan verməyəcəklər”.

Qeyd edək ki, İraq Kürdistanında müstəqillik referendumu sentyabrın 25-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed