Şrift:
Vaşinqtonda yaşayan güney azərbaycanlılar mayın 22-də ABŞ Dövlət Deprtamenti qarşısında aksiya keçirib
23.05.2012 [16:29] - Güney Azərbaycan xəbərləri, Diaspor
Vaşinqtonda yaşayan güney azərbaycanlılar mayın 22-də ABŞ Dövlət Deprtamenti qarşısında aksiya keçirərək İran dövlətinə etiraz bildiriblər.

“Turan” xəbər verir ki, “Urmu gölü quruyur”, “Urmu gölünü qurtarın”, “İran təkcə farslardan ibarət deyil”, “Güney Azərbaycanda siyasi məhbuslara azadlıq”, “Ana dilində məktəb” və digər şüarlar səsləndirən aksiyaçılar İranda haqlarının pozulduğunu, milli kimliklərinin təhqir olunduğunu bildiriblər.

Aksiyaçılar ABŞ-ı İranla bağlı qərarlarında Azərbaycan türklərini xüsusi nəzərə almağa səsləyiblər.
Bu xəbər oxucular tərəfindən 1377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed