Şrift:
Türkiyə KİV-i: “Türkiyə və Azərbaycan əvvəl-axır konfederasiya olacaq”
23.05.2012 [23:13] - Türk dünyası-Turan
Türkiyə mediası İstanbul Aydın Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin müəllimi, Türk Dil Qurumunun “Türk Diline Hizmet Üstün Ödülü” sahibi professor, doktor Kamil Vəli Nərimanoğlunun müsahibəsini dərc edib.

Professor müsahibəsində deyib ki, Azərbaycan və Türkiyə əvvəl axır konfederasiya olacaq, “amma bu gec olacaq, ya tez bilmirəm, buna inanıram. Ortaq dil və əlifbamız var. Heç bir hökümət bunun qarşısını ala bilməyəcək”.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə toxunan müsahib bildirib ki, Türkiyə və Ermənistan arasındakı sərhədlər açılmalıdır, onsuz da ticarət əlaqələri var:

“Azərbaycan və ya erməni mafiyası nə edirsə, qanuni şəkildə etsin. Sərhəd bağlı olduğu üçün ermənilər Gürcüstan-Rusiya və İran vasitəsilə gəlib-gedirlər. Sərhəd qapıları açılsa, Türkiyədən gəlib-gedərlər, bu daha yaxşı olar. 100 minə yaxın erməni vətəndaşı Türkiyədə qanunsuz yaşayır və işləyir. Ermənistan marketləri türk malları ilə doludur. Bu halda sərhədlərin bağlı qalmasının nə mənası var? Buna görə də sərhədlər açılmalıdır. Bu ən yaxşı düşünülmüş manevrdir. Bu vaxt ermənilər keçmişə at eynəyilə baxmaz”.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed