Şrift:
Avropa Məhkəməsi Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib
24.05.2012 [10:58] - Xəbərlər
Avropa Məhkəməsi Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib. İRİB-nin məlumatına görə, bunu İran Prezidenti yanında Beynəlxalq Hüquqi İşlər Mərkəzinin rəhbəri Məcid Cəfərzadə deyib. Onun sözlərinə görə, Avropa Məhkəməsi İranın neft şirkətlərinə sanksiya tətbiq olunması barədə AB-nin qərarını ləğv edərək, Avropa Komissiyasının iddiaçı tərəfin xərclərini ödəməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldə keçirilən toplantısında İrandan neft idxalına iyulun 1-dən etibarən sanksiya tətbiq olunması barədə qərar çıxarılıb.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed