Şrift:
Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
22.09.2017 [09:41] - Gündəm, DAVAMın yazıları
Tiflisdə Azərbaycan dilində həftədə bir dəfə nəşr olunan "Ziya" qəzetinin hələlik bizə məlum olan ilk nömrəsi islam təqvimi ilə 1296-cı il səfər ayının 28-də çıxan nömrədir.

Qəzetin sahibi-imtiyazı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul), redaktoru,əsas yazarı isə onun ortancıl qardaşı Cəlaləddin(Cəlal) Ünsizadə idi.
"Ziya" qəzetinin arxiv və kitabxanalarda saxlanılan, məlum olan ilk nömrəsi 8 fevral 1879-cu ildə çıxmışdır. Bu da islam təqvimi ilə 1296-cı ilin səfər ayının 28-nə uyğundur.

"Ziya" qəzetinin oxucularla ilk görüşü isə daha əvvəl- 1879-cu il yanvar ayının 25-də olmuşdur.Başqa sözlə, qəzetin ilk nömrəsi islam tarixi ilə 1296-cı iı səfər ayının 14-də( miladi tarixlə 25.01.1979-cu ildə-N.N.) çıxmışdır.

Qəzetin İlk iki nömrəsi hələlik heç bir tədqiqatçıya məlum deyil.İlk iki nömrə haqqında maraqlı məlumatlar başqa mənbələrdən qaynayıb,üzə çıxır. Bu cəhətdən "Ziya"nın birinci nəşr ilinin İlk nömrəsi haqqında "Ziya" qəzetinin 1879-cu il noyabrın 19-da çıxan 44-cü nömrəsində

"Tiflis.17 noyabr.. "Ziya" qəzetəsinin təb və nəşr olunmağını dost tutan həzərata (cənablara-N.N.) məlum ola ki,.."

sərlövhəli iri həcmli yazıdan oyrənirik. Geniş məlumatlı bu yazıdan bir cümləni diqqətinizə çatdırırıq :

"səfər ayının 14-də əvvəlimci nömrəmizi zühurə gətirüb ahəstə-ahəstə səy və hümmət göstərdük".

Qəzet əsasən pəncşənbə günü çıxırdı.Hər dəfə il təzələnəndə qəzet təzə nömrə ilə-1 sayından başlayırdı.Bəzi tədqiqatçıları çaşdıran da elə budur. Bəzi tədqiqatçılar isə "Ziya" qəzetinin 06.12.1879-cu il tarixli birinci nömrəsindəki ikinci sənə söz brləşməsini YEKİNCİ SƏNƏ( yəni birinci il-N.N.) kimi oxuduqlarından bu nömrəni qəzetin xronoloji tarixdəki ilk nömrəsi hesab etmişlər.

Deməli,qəzetin 06.12.1879-cu ildə, çıxan nömrəsi nər tarixinin ikinci ilinin ilk birinci sənənin 46 nömrəsindən sonra çıxıb.

Çox təəssüf ki, tədqiqatçılar "Ziya" qəzetini ərəb qrafikalı əlfbadan latın qrafikalı əlifba ilə transliterasiya edəndə

yanlışlığa yol vermişlər. Onlar qəzetin birinci nəşr ilinin 46 nömrəsindən xəbərsiz olduqlarına görə

"Ziya" adı ilə çıxan möhtəşəm

xronologiyalı transliterasiya kitabını ikinci sənənin (nəşr ilinin-N.N.) birinci nömrəsindən -
1879-u il dekabrın 6-da çıxan birinci nömrədən başlayıblar.
Qəzetin ikinci sənəsinin ilk nömrəsi 06.12.1879-cu ildə ÇIXMIŞDIR. BU, birinci sənənin 46 nömrəsindən sonrakı nömrədir.

Çox təəssüf ki, tədqiqatçılar "Ziya" qəzetini ərəb qrafikalı əlfbadan latın qrafikalı əlifba ilə transliterasiya edəndə yanlışlığa yol vermişlər. Onlar qəzetin birinci nəşr ilinin 46 nömrəsindən xəbərsiz olduqlarına görə "Ziya" adı ilə çıxan möhtəşəm

xronologiyalı transliterasiya kitabını ikinci sənənin (nəşr ilinin-N.N.) birinci nömrəsindən - 1879-u il dekabrın 6-da çıxan birinci nömrədən başlayıblar.

Mətbuat tariximizdən  birinci ilinin  46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı


( "Ziya" qəzetinin 08 fevral 1879-cu il tarixli 3-cü nömrəsi)


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.

22.09.2017.
Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed