Şrift:
Şəmkirdə “İlk tibbi yardım” təlimləri təşkil edilib
22.09.2017 [10:29] - Gündəm, Sağlıq
Azərbaycan Skautlar Assosiasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İlk tibbi yardım” təlimləri təşkil edilib.

Şəmkirdə keçirilən təlimlərə 30-a yaxın iştirakçı qatılıb. Təlimin məhz Şəmkirdə keçirilməsinin əsas səbəbi rayon rəhbərliyi tərəfindən Çənlibel kəndində düşərgə və eyni zamanda, təlimlərin təşkili üçün şəraitin yaradılması olub.

Rayon icra hakimiyyətindən bildiriblər ki, təlimlər zamanı Bakı və cəbhəboyu regionlardan olan iştirakçılar ilk tibbi yardım haqqında məlumatlandırılıblar. Beynəlxalq Qızıl Xaç Komitəsinin təlimçiləri tərəfindən keçirilən təlimlərdə iştirakçılara fövqəladə hallarda, bir çox tibbi vəsaitin olmadığı vəziyyətlərdə ilk tibbi yardım haqqında xüsusi təlim keçirilib. İştirakçılar öyrəndikləri bilikləri təcrübələrlə təkmilləşdirmək imkanı qazanıblar.
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed