Şrift:
İranın hərbi attaşesi: Tehran heç vaxt müharibə tərəfdarı olmayıb
23.09.2017 [09:47] - Gündəm, Siyasət
Bakıda İranın "Müqədəs müdafiə" həftəsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, millət vəkilləri, müdafiə nazirliyinin bir neçə rəsmi nümmayəndəsi və müxtəlif ölkələrin hərbi attaşeləri iştirak edib.

Mərasimin açılışını edən İranın Azərbaycandakı hərbi attaşesi polkovnik Əli Seyfi bildirib ki, ölkəsi heç vaxt hər hansı ölkə ilə müharibə tərəfdarı olmayıb.

Qeyd edək ki, hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed