Şrift:
“Traxtur”-“Pədidə” görüşünün son nəticəsi
23.09.2017 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin səhənd stadionunda yerli vaxtla saat 18:45-də başlayan görüş qonaq komandanın xeyirinə sona çatıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 7-ci həftəsində keçirilən görüşdə Təbrizin “Traxtur” və Məşhədin “Pədidə” komandaları qarşılaşıb, oyun 1:2 hesabı ilə “Pədidə”nin xeyirinə yekunlaşıb.

Məhəmməd Qazi oyunun 81-ci dəqiqəsində penalti zərbəsi ilə hesabı açıb. 3 dəqiqə sonra qonaq komandanın ikinci qolu Məhəmmədrza Xanzadə tərəfindən vurulub. “Traxtur” oyunçusu Məhəmməd İranpuryan isə 92-ci dəqiqədə penalti zərbəsi ilə qol vurub, bununla da oyun 1:2 hesabı ilə Məşhəd komandasının xeyirinə sona çatıb.
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed