Şrift:
“Sepah” rəsmisi: “Vəramində gecə şənliyinə qatılan daha 30 qız və oğlan yaxalanıb”
23.09.2017 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Vəramin şəhərində gecə şənliyinə qatılan daha 30 qız və oğlan tutulub. Bu barədə Vəramin “Sepah”ının komandiri polkovnik Davud Əsğəri sentyabrın 22-də jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, ötən cümə axşamı günündə, şəhərdəki evlərin birində bir qrup qız və oğlanın bir araya gəlib birlikdə şənlənməsi barədə məlumat alandan sonra “Sepah” və mülki geyimli ETTELAAT əməkdaşları həmin evin yerini müəyyənləşdirdikdən sonra birgə əməliyyat keçiriblər: “Evdə aparılan əməliyyatda 30 qız və oğlan yaxalanaraq məhkəmə orqanlarına təhvil verilib. Evdə yoxlama aparılıb, müxtəlif alkoqullu içkilər aşkarlanaraq götürülüb. Tutulanlar hazırda dindirilir. Onların hər birinə ayrıca iş açılıb”.

“Sepah” rəsmisi həbs edilən qız və oğlanların adlarını mediaya açıqlamayıb.

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 1465 nəfərdən çox adam həbs edilib.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed