Şrift:
Fransadakı səfirliyimiz araşdırma aparacaq
24.05.2012 [14:19] - Diaspor
Xarici İşlər Nazirliyi Azərbaycanın Fransadakı səfirliyinə bu ölkənin Senat üzvlərinin Azərbaycanın işğal latında olan ərazilərinə səfər etməsi barədə kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək barədə tapşırıq verib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

O qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələri əksər hallarda informasiyanı təhrif edir və yaxud şişirdilmiş şəkildə təqdim edirlər: “Buna görə də qeyd olunan məsələ Parisdəki diplomatik missiyamız tərəfindən araşdırılır. Əgər fakt təsdiqini tapsa, buna adekvat reaksiya veriləcək”.
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Fransa Senatının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfər etməsi, orada separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirməsi barədə məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed