Şrift:
DİN Qazax rayonunda baş vermiş silahlı insidentə aydınlıq gətirib
25.05.2012 [11:40] - Köşə yazarları, Hadisə
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Qazax rayonunda baş vermiş silahlı insidentə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, ağır cinayət hadisəsində iştirakına görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən axtarışda olan Bakı şəhər sakini, Samir Sanıyev mayın 24-də, saat 07.30 radələrində Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulub. Saxlanılarkən o, polis əməkdaşlarına silahlı müqavimət göstərib, tapançadan atəş açaraq polis serjantı Elşən Səttarovu bud nahiyəsindən yaralayıb. S. Sanıyev tərksilah edilib, ondan bir ədəd “Steçkin” markalı tapança, 19 patron və hər birində 20 patron olan iki daraq götürülüb.
Qeyd edək ki, mətbuatda Qazax rayonunda radikal dindarlarla polis arasında silahlı insident olması barədə məlumat yayılıb. İnsident nəticəsində 1 polis əməldaşı yaralanıb.
Bu xəbər oxucular tərəfindən 1136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed