Şrift:
Gənclərimiz Türkiyədə konfransa qatılacaqlar
17.10.2011 [14:50] - Gənclik
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının büro üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov oktyabrın 18-21 tarixlərində Türkiyənin İstanbul şəhərində BMT-nin İnkişaf Proqramının koordinatorluğu ilə Asiya-Sakit okean regionundakı “Reality of Aid” təşkilatının təşkil etdiyi “Şərqi Avropa və Orta Asiya ölkələrində inkişafın effektivliyi” üzrə regional konfransa qatılacaqdır.
A.Xəlilovun verdiyi məlumata görə, keçiriləcək seminar çərçivəsində bir sıra məsələlər – vətəndaş cəmiyyəti, yardım və inkişafın səmərəliyində vətəndaş cəmiyyətinin rolu, Şərqi Avropa və Mərkəzi Asiya regionunda yoxsul və təcrid olunmuş insanlara İnkişafa Yardım proqramlarının təsiri, aparıcı İnkişafa Yardım donorları ilə alıcılar arasında coğrafi və sektoral bölgünün zəifliyi, dövlətə xarici donorların yardımı, Şərqi Avropa və Mərkəzi Asiyada vətəndaş cəmiyyəti, yardıma çağırışlar və inkişaf səmərəliliyinin təbliğatının zəifliyi kimi məsələlər müzakirə ediləcək. Vətəndaş Cəmiyyəti İnstitutu vətəndaş cəmiyyəti üçün əlverişli mühitin olmamasını indi yalnız Şərqi Avropa və Mərkəzi Asiyada deyil, həmçinin dünyanın digər regionlarında da narahatlıq tendensiyasından xəbər verir. Biz konfrans əsnasında Şərqi Avropa və Mərkəzi Asiyada vətəndaş cəmiyyəti, yardım çağırışları və inkişaf səmərəliliyinin təbliğatı, mövcud problemlərin müzakirəsi və onların həllində atıla biləcək addımların nəzərdən keçirilməsi, həmçinin vətəndaş cəmiyyəti üçün spesifik məsələləri və problemləri müəyyən etməyə çalışacağıq. Bundan başqa, konfransda qeyd olunan məsələlərin bir yerdə işlənilməsi və bu istiqamətdə son nəticənin əldə olunması və s. məsələlər müzakirə olunacaqdır. Bizim əsas məqsədimiz konfransda əldə olunmuş nəticələrin həyata keçirilməsinə birgə əməkdaşlıq şəraitində yardım etməkdir.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed