Şrift:
Əli Kərimlinin oğlunun Bristol sərgüzəştləri
25.05.2012 [11:55] - Hadisə
Əli Kərimlinin oğlunun Bristol sərgüzəştləri
Türkel Kərimli Avropada kef çəkir, kasıb balaları isə Azərbaycanda...


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli - ölkəmizin barəsində saysız-hesabsız əhvalatlar, söz-söhbətlər, məlumatlar, xəbərlər dolaşan müxalifətçisi...Onlarla gəncin, o cümlədən Ruslan Bəşirlinin, Elnur İsrəfilovun həbsə düşmələrinin əsas baiskarı...Bədbəxtlik burasındadır ki, avam, sadəlövh, kasıb, siyasi cəhətdən "donqili" olan bəzi cəbhəçilər hələ də Əli Kərimliyə etiqad edir, şəxsiyyəti qarşısında baş əyir, onun "vətənpərvər", "mütərəqqi" fikirli şəxs olmasına, gecə-gündüz bu xalq üçün "çalışmasına" inanır, onun ardınca gedirlər.
Bu bədbəxtlər, binəvalar hələ də başa düşmürlər ki, kimə inanır, etiqad edirlər. Qeyd edək ki, hal-hazırda da cəbhəçilər arasında Əli Kərimliyə inananlar, ona əstəğfürullah, Allah kimi sitayiş edənlər var. "Gündəlik Bakı" qəzetinin "Araşdırma" rubrikasının növbəti mövzusu AXCP sədrinin hazırda Avropada təhsil alan oğlunun macəraları, sərgüzəştləri ilə bağlıdır.

Gəlir hara gedir, yaxud "Siyasət şöbəsi"

Rusiyada yaşayan azərbaycanlı milyonçu Sakit Allahverdiyev bir müddət əvvəl Məşədi İbad kimi pullarının boş yerə xərclənməsindən narazılıq edirdi? O bildirirdi ki, təxminən 20 min manata yaxın pulunu Əli Kərimlinin təbliğat vasitəsi olan "Azadlıq" qəzetinə xərcləyib. Amma sonra məlum olub ki, həmin pullar qəzetin maddi-texniki bazasına, müxbirlərin iş şəraitinin yaxşılaşdırılmasın xərclənməyib, Əli Kərimli tərəfindən mənimsənilib. Beləcə, it də gedib, ip də...Vaxtilə AXCP rəhbərliyində təmsil olunmuş BQP sədri, millət vəkili Fazil Mustafa isə Milli Məclisdəki çıxışında dövlət tərəfindən "Azadlıq" qəzetinə pul ayrılmasının əleyhinə çıxaraq, həmin vəsaitlərin Əli Kərimli tərəfindən mənimsənildiyini qeyd etdi. Dünən Əli Kərimlinin daha bir siyasi oyunu barədə qəzetimizə məlumat daxil oldu. Məlum oldu ki, "Azadlıq" qəzetində "Siyasət şöbəsi", "Analitik şöbə" imzasıyla verilən analitik yazıları elə AXCP sədrinin özü yazır. Əli Kərimli bununla yanaşı, arabir qəzet rəhbərliyinə ondan müsahibələr götürməyi də tapşırır.

Xaricdə təhsil alan tələbə, yaxud bədbəxtlərin göz yaşı

Qeyd etdiymiz kimi, hazırda AXCP sıralarında təmsil olunan bəzi siyasi fanatiklər Əli Kərimlinin saf, pak olduğunu iddia edir, ona inanırlar. Heç bir yerdə işləməyən, Əli Kərimliyə görə iş yerlərini itirən, müxtəlif məhrumiyyətlərlə üzləşən bu binəvalar başa düşmürlər ki, 20 ilə yaxın (1993-ci ildən bəri) heç bir yerdə işləməyən şəxsin - Əli Kərimlinin övladı Avropada, Birləşmiş Krallığın Klifton şəhərində, Bristol Universitetində hüquq təhsili ala bilməz. Ən azı ona görə ki, bunun üçün külli miqdarda pul tələb olunur. İngiltərəyə, Almaniyaya, yaxud Fransaya yalnız uçuş xərcləri 850-900 manatdır. Biz hələ orda qalmağı, təhsil almağı, nəqliyyat, yemək xərclərini demirik. Maraqlıdır ki, Əli Kərimlinin oğlu Türkel Kərimli Birləşmiş Krallığın Klifton şəhərindəki Bristol Universitetində oxuyur, özü də hüquq fakültəsində...Bu günlərdə bununla bağlı əlimizə keçən bir sıra faktlar heyrətlənmək üçün əsas yaradır. Təəccüblüdür, heç bir yerdə işləmədiyini bəyan edən, işləməməsinə görə də hər hansı gəlir mənbəyi olmayan, xarici pasportsuz qalmış Əli Kərimlinin oğlu Avropa dövlətlərində necə, hansı vəsaitlərlə təhsilini davam etdirir? Türkel Kərimli ilə bağlı ötən gün əldə etdiyimiz faktlarda bu gəncin Avropadakı günlərinin heç də pis keçmədiyi məlum olur. AXCP sədrinin oğlu əyləncəli tədbirlərə qatılır, deyir-gülür, şənlənir, Əli Kərimli isə kasıb balalarını mitinqlərdə döydürür. "Gündəlik Bakı"nın redaksiyasına daxil olan fotolarda da aydın görünür ki, Türkel Kərimli türklər demişkən, "kız arkedeşlərinin" əhatəsində olarkən kefi kök olur. O, şəkillərdəki dostlarının dairəsində əllərini yuxarı qaldıraraq şənlənəndə AXCP sədri onlarla, yüzlərlə gənci küçələrə, qanunsuz mitinqlərə çıxarıb, onları döydürür, həbs etdirirdi. Baxın, bəylər, cəbhəçilər, diqqətlə baxın, görün kimin arxasınca, kimin dalınca gedirsiniz!
Nəinki Avropaya bir dəfəlik səfər, hətta Qərb dövlətlərində qalıb oxumaq, ali təhsil almaq, cavanlarla əylənmək, yeyib-içmək. Şübhəsiz, bütün bunlar qaranlıq, şübhəli məqamlardan xəbər verir və "Azadlıq" qəzetinə ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı deyilənlərin həqiqətə uyğun olduğunu sübut edir. Əli Kərimli idarə etdiyi, təbliğat vasitəsi kimi yararlandığı "Azadlıq" qəzetinə ayrılan vəsaitləri çox asanlıqla ələ keçirir, müxbirlərin halal qazanclarına, boğazlarına ortaq olur. Fakt - vaxtilə "Azadlıq" qəzetində satirik yazıları ilə çıxış etmiş, sonradan bir neçə il müddətinə həbs olunmuş Mirzə Sakit (Zahidov) bu mətbu orqanın üzünə həsrət qalanda "sandığı açıb, pambığı tökmüşdü". Satirik yazar qeyd etdi ki, Avropanın media ilə bağlı institutlarından "Azadlıq" qəzetinə ayrılan böyük miqdarda pul vəsaitindən ona da pay düşürmüş. Amma Mirzə Sakit bu günə kimi həmin pulun üzünə həsrət qalıb. Maraqlıdır, həmin pulları kim və hara xərcləyib? Cavab aydındır.

Müxalifət oliqarxının avropalı oğlu və bədbəxt cəbhəçilər

Əli Kərimlinin hansısa vasitələrlə İngiltərəyə yol tapan, həmin ölkədə yaşayan və universitetdə oxuyan oğlu Türkel Kərimli haqqında araşdırmalarımız zamanı bu gəncin avropalılarla dostluğuna dair maraqlı məqamlar əldə etdik. Məlum oldu ki, AXCP sədrinin xaricdə kef çəkən övladının sosial şəbəkələrdəki 600-dən artıq dostlarının yalnız 8-9 faizi azərbaycanlılardır. Onun dostları arasında Maykl Qrey, Sanford Hui, Elizabet Hudson, Taşie Cekson, C.c.Mallet, Cemma Amos kimi qızlar, oğlanlar da var. Bu "dostlar" çılpaq şəkillərini öz profillərində yerləşdiriblər və Türkel bəylə sosial şəbəkələr vasitəsilə dostluq edir, ünsiyyət qururlar. Aralarında bəziləri də var ki, çimərlik paltarında çəkdirdikləri şəkilləri öz profillərinə yerləşdiriblər. Türkel Kərimlinin ünsiyyət üçün ən çox önəm verdiyi ingilislər və digər avropalılar onun maraq dairəsi haqda təsəvvürlər üçün geniş imkanlar yaradır.
Bədbəxt cəbhəçilər - bəziləri hələ də elə bilirlər ki, Əli Kərimli onların "yaxşı yaşamaları", normal həyat və fəaliyyətləri, güzəranları üçün çalışır, mübarizə aparır. Bu binəvalar hələ də anlaya bilmirlər ki, Əli Kərimli elə Əli və Türkel Kərimli üçün yaşayır. Görünür, siyasi fanatizm bu yazıqların gözlərini elə qapayıb ki, hələ də qaranlıqdan aydınlığa çıxa bilmirlər. Bəylər, adam 3-4 ay işləməyəndə ailəsində nə qədər kəm-kəsir, borc-xərc yaranır. Heç bir yerdən gəlir gəlməyəndə ailə üzvləri müxtəlif məhrumiyyətlərlə üzləşir, borca düşürlər. Gündəlik həyat və yaşam tərzi bunu tələb edir. Belə isə, 1993-cü ildən heç bir yerdə işləməyən Əli Kərimlinin aylıq xərcləri minimal hesabla 2500-2800 manat təşkil edən oğlu Birləşmiş Krallıqdakı Bristol Universitetinin Hüquq fakültəsində hansı pullarla təhsil alır?
Ay binəvalar, küçələrdəki qanunsuz mitinqlərdə döyülən, həbslərə düşən avamlar, bəlkə gözlərinizi açıb, həyatı dərk edəsiniz!!! Bir görün nə üçün, kimin uğrunda mübarizə aparırsınız. Gözlərinizi açın və bu fotolara diqqətlə baxın, bəlkə onda ayıldınız.

Rüstəm MƏMMƏDOV/"Gündəlik Bakı"/
Bu xəbər oxucular tərəfindən 1330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed