Şrift:
Jurnalistlərimiz iranlı müxbirin iftira dolu reportajına etiraz edir
25.05.2012 [14:21] - Gündəm
“Tekon” televiziya kanalının jurnalisti Bijən Samami kimi təqdim edən iranlı təhrikçinin mayın 24-də internet resurslarında yayımlanan qərəz dolu telereportajı “Baku Crystal Hall”un Mətbuat Mərkəzində “Eurovision-2012” mahnı müsabiqəsini işıqlandıran azərbaycanlı jurnalistlərin hiddətinə səbəb olub.

Əslində ona jurnalist də demək mümkün deyil. Reportajdan da göründüyü kimi, təlxək hərəkətləri ilə diqqəti cəlb etməyə çalışsa da, heç kim onu ciddi qəbul etmir. Öz ölkəsində bütün hüquq və azadlıqları boğulan təlxəyə deyəsən, Azərbaycanda gördüyü azadlıq kifayət qədər artıqlıq edib. Bakıda şahidi olduğu inkişaf və tərəqqi, yeni tikilən binalar iranlı təlxəyin başını necə gicəlləndiribsə, bütün bunların müqabilində o, Azərbaycanda aclıq və müflisliyin hökm sürdüyünü deyir. Bu şeytansifət “insan” deyir ki, Azərbaycan məhv olmaq üzrədir. Bu, ən primitiv təxribatdan və qısqanclıqdan başqa bir şey deyildir. “Eurovision” kimi möhtəşəm bir mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi fonunda isə bu qısqanclıq özünü həddən artıq büruzə verir. Təbii ki, bu baxımdan iranlı jurnalistdən də bundan artıq nə gözləmək olar ki?!

Biz bu təlxəyin internetdə Bakı ilə bağlı daha bir reportajını da izlədik. Eynilə bu reportaj da yalan və iftira üzərində qurulub. O, müsahiblərinin dediklərini təhrif edir, özünə sərf edəcək fikirlər səsləndirir. Bütün bunlar isə sadəcə özü kimi bəsit düşüncəli auditoriya üçün nəzərdə tutulub.

“Baku Crystal Hall”un Mətbuat Mərkəzindəki jurnalistlər də, “Eurovision-2012”nin iştirakçıları da müsabiqənin yüksək səviyyədə keçirildiyini və Bakının necə gözəl şəhər olduğunu həm müsahibələrində, həm də şəxsi söhbətlərində dəfələrlə bildirib. Görünür, bundan sonra Azərbaycan belə qısqanclıqlara təbii yanaşmalıdır. Çünki Azərbaycan bir çox ölkənin bacara bilməyəcəyi bir uğurun astanasındadır. Cəmi 20 illik bir zaman kəsiyində bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər, forum və konfranslar gənc olmağına baxmayaraq, ölkəmizin dünyadakı nüfuzunun sübutudur. Azərbaycan bir çox beynəlxalq layihələrə imza atmaqla regionda lider, dünyada söz, nüfuz sahibi olub. Təfəkkürü mağara adamının səviyyəsində olan iranlı jurnalist bunları yaxşı bilsə də, vicdanının səsinə xilaf çıxır.

Biz - AzərTAc, ANS PRESS, Trend, APA, ATV, AzTV, Space, Muz TV, Yurd TV, Vesti.az,davam.az, Lent.az, 1News və digər KİV-lərin əməkdaşları əminik ki, bu cür hərəkətlərlə nə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi prosesinə, nə də Azərbaycanın artan beynəlxalq imicinə zərər gətirmək mümkünsüzdür. Hər şey göz qabağındadır.
Fars faşistlərinin antı Türk simasını aşağıdakı videoda izləyin.
Bu xəbər oxucular tərəfindən 1415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed